Revmatologiya & Qastroenterologiya

Ana Səhifə / Tibbi Xidmətlər

ATU-nun Tədris-Terapevtik klinikasının 11 mərtəbəsində yerləşir. Şöbədə ATU-nun IV Daxili xəstəliklər kafedrası fəaliyyət göstərir. Bölmə rəhbəri funksiyasını IV Daxili xəstəliklər kafedrasının müdiri, pofessor Hidayətov Əlihüseyn Alışan oğlu yerinə yetirir. Revmatologiya & Qastroenterologiya şöbəsi müdiri vəzifəsini kafedranın professoru, t.e.d. Musayev Sahib Kazım oğlu icra edir.

 Şöbədə 12 palata və 36 çarpayı funksional fəaliyyətdədir Revmatologiya & Qastroenterologiya Şöbəsində əsasən mədə-bağırsaq, qaraciyər-öd yolları və revmatik profilli xəstələr müalicə olunurlar.

 Şöbənin müalicə işləri və sanitar-gigiyenik vəziyyəti şöbənin tibbi heyəti hesabına həyata keçirilir. Şöbənin tibbi heyəti – həkim heyəti: 2 professor, 3 Dos. Dr., 5 Ass. Dr.,  1 baş laborantdan; orta və kiçik tibb heyətindən – böyük tibb bacısı, təsərrüfat bacısı, 5 tibb bacısı (3 gündüz və 2 gecə) və 4 xadimədən (2 gündüz və 2 gecə) ibarətdir.

 ATU-nun Tədris Terapevtik klinikasının Revmatologiya & Qastroenterologiya şöbəsində təbabətin ən müasir standartlarına cavab verən mədə-bağırsaq və revmatik xəstəliklərin diaqnostika və müalicə proqramları həyata keçirilir.

Mədə-bağırsaq və qaraciyər-öd yolları diaqnostika və müalicə istiqamətləri:

I kliniki morfologiya (qaraciyərdə, mədə və bağırsaqdan götürülmüş bioptatın müayinəsi)

II etioloji faktorlar (hepatit virusları, Helicobacter pylori və b.)

III digər xəstəliklər zamanı mədə-bağırsaq sisteminin vəziyyəti

IV mədə-bağırsaq xəstəliklərinin diaqnostika və müalicə, profilaktika metodları (ezofagit, qastrit, xora xəstəliyi, xoralı kolit, Kron xəstəliyi və b)

V qaraciyər və biliyar sistemin xəstəlikləri (hepatit, qaraciyər sirrozu, xolesistit, diskineziyalar və b;)

VI mədəaltı vəzi xəstəlikləri (kəskin və xroniki pankreatit).

Revmotologiya ixtisası üzrə diaqnostika, müalicə, profilaktik metodlarının istiqamətləri:

I iltihabı  oynaq xəstəlikləri

II autoimmum xəstəliklərinin immunoloji, morfoloji, funksional müalicə və diaqnostika prinsipləri

III degenerativ oynaq xəstəklikləri

IV birləşdirici toxumanın diffuz xəstəlikləri (revmatoid artriti, sistem qırmızı qurd eşənəyi, dermatomiozit sistem sklerodermiyası)

V sistem vaskulitləri.

Kafedra müdiri:  Prof. Dr. Əlihüseyn Hidayətov

Şöbə müdiri:  Prof. Dr. Sahib Musayev

Ass. Dr.  t.ü.f.d. Ümsəlimə Xəlilova

Ass. Dr.  t.ü.f.d. Sevda Məcidova

Ass. Dr.  t.ü.f.d. Sevinc Əliyeva

Ass. Dr.  t.ü.f.d. Tamilla Qəmbərova

B.lab. İlhamə Amiraslanova

Dos. Dr. İnarə Əlixanova

Dos. Dr. Zeyqəm Süleymanov

Dos. Dr.  Fikrət Zeynalov

Ass. Dr. Əhməd Nəbiyev 

B.lab. Səbinə Bayramova

Əgər sizdə ATU-nun Tədris Terapevtik Klinikasında rezidentura tələbəsi olmusuzsa Qeydiyyatdan Keçin

Add Your Heading Text Here