Rentgendiaqnostika

Ana Səhifə / Tibbi Xidmətlər

Bölmədə müasir dünyanın ən son tibb texnologiyasının nailiyyətlərini özündə əks etdirən 2 ədəd distansion, tam rəqəmsal rentgendiaqnostik sistemlə təchiz edilmiş rentgen kabinetləri (Yaponiyanın Toshiba firmasının Winscope və Yaponiyanın Shimadzu firmasının Flexavision aparatları), bir mammoqrafiya kabineti (Koreyanın Genoray firmasının MX-600 aparatı) fəaliyyət göstərir.                                       

həssaslığı, görüntülərin yüksək keyfiyyəti, alınmış təsvirlərin ölçülərinin, kontrastlığının dəyişdirilməsi, rentgen aparatlarının masa hissəsinin müxtəlif istiqamətlərdə hərəkəti xəstələrin müxtəlif vəziyyətlərdə-vertikal, horizontal, çəp, Trendlenburq vəziyyəti və s. müayinə imkanı görüntülərin interpretasiyasını asanlaşdırmaqla ən mürəkkəb xəstəliklərin vaxtında və dəqiq diaqnozunun qoyulmasına və şüalanma dozasının avtomatik tənzimlənmə sistemi, detektorların yüksək həssaslığı, elektron-optik gücləndiricilərin tətbiqi isə pasiyentin aldığı radiasiya dozasının minimuma endirilməsinə şərait yaradır.

Eyni bir film üzərinə müxtəlif nahiyələrin ayrı-ayrı vəziyyətlərdə rentgen şəkillərinin köçürülməsinin mümkün olması müalicə həkimlərində xəstəlik haqqında mükəmməl informasiya və dolğun fikir formalaşmasına əhəmiyyətli dərəcədə yardım edir, rentgenoloji təsvirlərin kompüterin yaddaşında saxlanılması, yəni arxivləşdirmə sistemi müalicədən sonra aparılmış müayinələrin nəticələrini əvvəlki görüntülərlə müqayisə etmək imkanı verir ki, bu da aparılmış müalicənin effektivliyinin düzgün qiymətləndirilməsinə zəmin yaradır.

Bölmədə aşağıdakı şüa diaqnostik müayinə üsulları müvəffəqiyyətlə həyata keçirilir:

1.Əsas rentgenoloji müayinələr:

Kəllə sümüklərinin (alın, təpə, ənsə, gicgah, əsas sümüyü, türk yəhəri, burun sümükləri, burunətrafı ciblər-alın, Haymor cibi (əng sümüyü), əsas cib və xəlbir hücrələri, almacıq sümüyü, çənə sümüyü, gicgah-çənə oynağı, boyun, döş,bel, oma, büzdüm fəqərələri, çiyin qurşağı (kürək, körpücük, bazu sümükləri ), dirsək oynağı, said sümükləri-mil və dirsək sümükləri, mil-bilək oynağı, bilək sümükləri, əl daraqarxası-daraq oynaqları, əl darağı sümükləri, əl darağı-falanqa oynaqları, əl barmaq falanqaları, əl barmaq falanqalararası oynaqları, oma-qalça oynaqları, çanaq sümükləri-qalça,oturaq, qasıq sümükləri, bud-çanaq oynaqları, bud sümüyü, diz oynağı, baldır sümükləri-qamış və incik sümükləri, aşıq-baldır oynağı, ayaq daraqarxası sümükləri- aşıq, daban, qayıqvarı, pazvarı sümüklər, kubabənzər sümük, ayaq darağı sümükləri, ayaq darağı-falanqa oynaqları, ayaq barmaq falanqalarının, ayaq barmaq falanqalararası oynaqların, döş qəfəsi orqanlarının-ağ ciyər, qabırğalar, döş sümüyünün,  müxtəlif proyeksiyada rengenoskopiya və rengenoqrafiyaları,                           

2. Xüsusi rentgenoloji müayinələr:

Udlaq, qida borusu, mədə və 12 barmaq bağırsaq, nazik bağırsağın digər hissələri və yoğun bağırsağın kontrast maddənin ağızdan qəbul edilməsi ilə, müxtəlif proyeksiyalarda və vəziyyətlərdə aparılan rentgenoloji müayinələri, yoğun bağırsağın təmizləyici imalə yolu ilə təmizləndikdən sonra imalə yolu ilə kontrastlaşdırılması -irriqoskopiya və irriqoqrafiya , ekskretor (venadaxili) uroqrafiya-intravenoz pieloqrafiya (böyrək funksiyasını, böyrək kasacıqlarında, böyrək ləyənində və sidik axarlarında daş və ya digər səbəbdən baş verən daralma və genişlənmələri təyin edir), histerosalpinqoqrafiya (metrosalpinqoqrafiya-uşaqlıq borularının xəstəliklərinin diaqnostikası üçün istifadə edilir) və digər xüsusi və mürəkkəb rentgenoloji müayinə üsulları klinikamızda dünyanın ən müasir tibbi avadanlıqları ilə həyata keçirilir. 

3. Mammoqrafiya müayinəsi

süd vəzilərinin müasir şüa diaqnostik müayinə üsullarından biridir. Bu müayinə üsulunun köməkliyi ilə süd vəzisinin bəd xassəli şişləri erkən dövrdə aşkar edilə bilir ki, bu dövrdə xəstəlyin radikal müalicəsinə nail olmaq mümkün olur. Eləcə də mammoqrafiya müayinəsi ilə əksər xərçəngönü xəstəliklər vaxtında aşkar edilir və onların gələcəkdə bəd xassəli şişə çevrilməsinin   qarşısını almaq üçün müalicəyə istiqamətləndirilir.

Bölmədə çalışan həkimlər respublikamızın tanınmış, adlı-sanlı mütəxəssisləri olmaqla yanaşı həm də pedoqoji fəaliyyətlə məşğuldurlar, belə ki, ATU-nun müalicə-profilaktika, pediatriya, stomatologiya, tibbi profilaktika və tibbi biologiya fakultələrinin tələbələri şöbəmizdə praktiki məşğələlər keçməklə həm müasir avadanlıqlarla tanış olur, xəstələrin müayinəsində iştirak edir, həm də müxtəlif xəstəliklərin radioloji görüntüləri və əlamətlərini öyrənirlər.

Əgər sizdə ATU-nun Tədris Terapevtik Klinikasında rezidentura tələbəsi olmusuzsa Qeydiyyatdan Keçin

Add Your Heading Text Here