Ümumi Məlumat

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ TƏDRİS TERAPEVTİK KLİNİKA MƏRKƏZİ LABORATORİYA

Bizim laboratoriyada elm və praktika bir aradadır.

Müasir Texnologiya Elmi Yanaşma Dəqiq Diaqnostika.

HÖRMƏTLİ HƏMKARLAR, HÖRMƏTLİ VƏTƏNDAŞLAR

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası fəaliyyətə başlamazdan əvvəl qarşıda duran prioritet məsələlərdən biri də ölkəmizin bu möhtəşəm universitet klinikasında MÜASİR TEXNOLOGİYA və ELMİ YANAŞMAya əsaslanan DƏQİQ DİAQNOSTİKA xidmətinin yaradılması olmuşdur. Klinikanın ən müasir cihazlarla təchiz olunmuş, tam avtomatlaşdırılmış Klinik Diaqnostik Laboratoriyasının yüksək peşəkarlığa malik personalının hazırlanması bu istiqamətdə aparılan fəaliyyətin bir hissəsi olmuşdur. Laboratoriyanın həkim və laborant heyəti müsabiqə ilə işə qəbul edildikdən sonra birlikdə, tam komanda halında Türkiyə Cümhuriyyətinin Ondokuz Mayıs Universitetinin xəstəxanasına ezam edilmiş, xəstəxananın Mərkəzi Laboratoriyasının bütün bölmələrində Prof.Dr. Murat Günaydın və Prof.Dr. Abdulkerim Badurun rəhbərliyi altında planlı təcrübə kursu keçmişlər. Laborator xidmətin ayrı-ayrı bölmələrinin nəzəri və praktik incəliklərini dərindən mənimsəmiş heyət bundan sonra vətənə qayıtmış və qürur mənbəyimiz olan universitet klinikasında fəaliyyətə başlamışlar.

Tədris Terapevtik Klinikanın Klinik Diaqnostik-Laboratoriyasında bu xidmətin bütün növləri göstərilir:

  • · Klinik biokimya
  • · Klinik mikrobiologiya
  • · Bakteriologiya
  • · Mikologiya
  • · Parazitologiya
  • · Virusologiya
  • · İmmunologiya və allerqologiya
  • · Hematologiya
  • · Molekulyar genetika
  • · PZR
  • · Molekulyar identifikasiya

Əgər sizdə ATU-nun Tədris Terapevtik Klinikasında rezidentura tələbəsi olmusuzsa Qeydiyyatdan Keçin

Add Your Heading Text Here