Hematologiya

Ana Səhifə / Tibbi Xidmətlər

ATU-nun Tədris Terpevtik Klinikasının Hematologiya şöbəsində Poliklinika və Stasionar xidmətləri fəaliyyət göstərir. Gündüz stasionar şəraitdə xəstələr ən müasir protokollarla müalicə olunur. Şöbəmizdə Türkiyə və Avropanın aparıcı hematologiya və sümük iliyi transplantasiyası mərkəzlərində təkmilləşmə kursları keçmiş mütəxəssis həkimlər və orta tibb personalı fəaliyyət göstərir:

  1. Şöbə müdiri: Dr.Valeh Hüseynov
  2. Qan bankı, məsul şəxs: Xəyalə Qafarova
  3. Dr. Naidə Ağayeva
  4. Dr. Şəhla Şabanova
  5. Dr. Elmira Vəliyeva
  6. Dr. Afaq Nəsibova

Hematologiya – tibbin qanı, qanın istehsal olunduğu sümük iliyini və hemostaz (laxtalanma) sistemini öyrənən sahəsidir. Limfa düyünləri, dalaq və digər limfoid orqanlarının xəstəlikləri də hematologiyanın mövzularındandır.
Hematologiya bölümündə qanda baş verən hər hansı bir dəyişikliyin korreksiyası və müalicəsi barəsində məsləhətlər ala bilərsiniz. 

Klinikamızda aşağıdakı xəstəliklərin kompleks diaqnostikası, stasionar və ambulator nəzarəti və müalicəsi həyata keçirilir:

  • Müxtəlif mənşəli qan azlıqları (anemiyalar)
  • Hemolitik anemiyalar (qırmızı qan hüceyrələrinin parçalanması)
  • İrsi hemoqlobinopatiyalar (oraq hüceyrəli anemiya və s.)
  • Aplastik anemiya
  • Trombosit xəstəlikləri (trombositopeniya, trombositemiya və s.)
  • Hemorragik diatezlər (qanın laxtalanma problemləri)
  • Eritrositoz və Polisitemiya
  • Mielodisplastik sindromlar
  • Leykozlar (kəskin, xroniki)
  • Limfomalar (Limfoqranulomatoz, Limfosarkoma)
  • Mielom xəstəliyi və Monoklonal Gammopatilər və s.
  • Histiositozlar
  • Xroniki mieloproliferativ xəstəliklər (idiopatik mielofibroz, həqiqi polisitemiya, essensial trombositemiya, mastositoz və s.)

Qan xəstəliklərinin diaqnostikasında aparılan müayinələr:

  • Hemoqram (qanın ümumi analizi 19 parametrlik), Periferik yayma (qanın mikroskop altında incələnməsi);
  • Hemoqlobin elektroforezi (Hemoqlobin növlərini öyrənmək üçün);
  • Qanyaranma üçün lazım olan Dəmir, Ferritin, Eritropoetin, Vitamin B12, Fol turşusu;
  • Qanın laxtalanma analizləri;
  • Limfa düyünün punksiyası, biopsiyası; histomorfoloji, immunohistokimyəvi və sitogenetik müayinələri;
  • Sümük iliyin incələnməsi üçün sümük iliyin aspirasiyası və biopsiyası. Bu müayinə vasitəsi ilə sümük iliyi hüceyərələrinin sayı, ölçüsü və quruluşu barəsində məlumat əldə edilir.
  • Axım sitometriyası (FLOW sitometry) hüceyrələrin növünü (CD markerlərin) təyin etmək üçündür.
  • Sitogenetik müayinələr ( FISH). 

Əgər sizdə ATU-nun Tədris Terapevtik Klinikasında rezidentura tələbəsi olmusuzsa Qeydiyyatdan Keçin

Add Your Heading Text Here