Normativ Baza

Ana Səhifə / Klinika / Normativ Baza

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN TƏDRİS-TERAPEVTİK KLİNİKASININ YARADILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

     Azərbaycanda tibbi kadrlar hazırlayan Azərbaycan Tibb Universitetinin klinik fənləri tədris edən bir çox kafedralarının hal-hazırda Bakı şəhərinin müxtəlif rayonlarının ərazisində yerləşməsi tədris prosesinin təşkilinə mənfi təsir göstərir. Klinik fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin və maddi-texniki təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, həmçinin elmi-tədqiqat işlərinin aparılması üçün əlavə imkanlar yaradılması məqsədilə qərara alıram: 

1. Bakı şəhərində Azərbaycan Tibb Universitetinə məxsus ərazidə universitetin çoxprofilli tədris-terapevtik klinikası yaradılsın.

2. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan tikinti işlərinin başlanılması üçün Azərbaycan Tibb Universitetinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etsin və tikintinin başa çatdırılması üçün növbəti illərdə dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutsun.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti,
  Bakı şəhəri, 11 sentyabr 2007-ci il

Əgər sizdə ATU-nun Tədris Terapevtik Klinikasında rezidentura tələbəsi olmusuzsa Qeydiyyatdan Keçin

Add Your Heading Text Here