Kompyuter tomoqrafiya

Ana Səhifə / Tibbi Xidmətlər

Tədris Treapevtik klinikada Kompyuter tomoqrafiya şöbəsində müayinələr ən müasir standartlara cavab verən 16 slais Toshiba aquillon və Medrad Vistron avtomatik injektion sistemi vasitəsi ilə aparılır.

Kompyuter tomoqrafiya üzrə müayinələr Türkiyədə təhsil almış uzman Dr. Kamran Yaqubovun rəhbərliyi altında aparılır, Şöbəmiz ən müasir PACS sistemi ilə təchiz olunub, bunun vasitəsilə xsətələrin konsultasiyasında həm yerli həm xarici mütəxəssislər iştirak edə bilir. Xəstələrə nativ, per os və venadaxili kontrastlı müayinələr aparılır və Şöbəmiz 24 saatlıq xidmət göstərir.

Venadaxili kontrastlı müayinələr Medrad Vistron avtomatik İnjektion sistemi köməyi ilə aparılır, və bunun hesabına angiografiya müayinələri və üç fazalı müayinələri alınır.

Kompyuter Tomoqrafiya Şöbəsində aparılan müayinələr:

– 3D rekonsrtuksiya

– Ayaq müayinəsi

– Baş beyin,  bel-olma fəqərələri (aksial və MPR rekonstruksiyalı)

– Boyun fəqərələri (aksial və MPR rekonstruksiyalı)

– Boyun nahiyyəsi

– Dental (aklsial və MPR rekonstruksiyalı)

– Dirsək KT

– Diz müayinəsi

– Döş fəqərələri (aklsial və MPR rekonstruksiyalı)

– Döş qəfəsi

– Hər iki bud-çanaq oynağı

– Hər iki gicgah sümüyü (koronar və aksial)

– Hər iki orbita (koronar və aksial)

– KT –angioqrafiya

– Oma-qalça oynağı

– Paranazal sinuslar (koronar və aksial)

– Tam qarın boşluğu

– Çanaq boşluğu

– Çanaq sümükləri

– Çiyin KT

– Üst qarın boşluğu

– Əl-bilək müayinəsi

– Ətrafların müayinəsi (20-50 sm –lik müayinə)

– Xəstəxanadan xaric çəkilən KT filmlərinin konsultasiyası

Venadaxili kontrastlı müayinələrdə  qeyri-ionolaşdırıcı və osmolyarlığı aşağı olan Ultravist 370 rentgenokontrast maddə istifadə olunur.

Per os kontrastlı müayinələrdə isə Uroqrafin 76% preparatı tətbiq olunur.

Əgər sizdə ATU-nun Tədris Terapevtik Klinikasında rezidentura tələbəsi olmusuzsa Qeydiyyatdan Keçin

Add Your Heading Text Here