Reanimasiya & İntensiv Terapiya
Ana Səhifə / Tibbi Xidmətlər
ATU TTK Reanimasiya və intensiv terapiya şöbəsi klinikanın ən vacib bölmələrindən biridir. Bu şöbəyə həyati vacib funksiyaları dayanmış, yaxud kəskin pozulmuş və ya pozulması gözlənilən xəstələr yerləşdirilir və onlara 24 saat ərzində xidmət göstərilir.
Şöbədə 25 funksional çarpayi var (Hill-Rom. A Hillenbrand industry. China), onlardan 7-si uşaglar ücün nəzərdə tutulub. Hər çarpayının başında Chirolog SV Chirana (Slovak Republik) tənəffüs aparatı cihazı və hər cür monitorizasiya uygun BM5 “Bionet” (South Korea) monitorlar yerləşdirilmişdir. Şöbədə defibrilyatorlar (Defi Monitor XD “Primedik”, Germani), portativ rentgen aparatı (BLD-31C, Korea), infuzomatlar (Medifuzion MP-1000, Daiwha Corp, Korea), perfuzorlar (Syringe infuzion pamp MS-2200, Daiwha Corp, Korea) və s. müasir aparatlar və cihazlar var.
Şöbədə bölmə rəhbəri funksiyasını professor İ.S.İsmayılov icra edir. Şöbənin müalicə işləri I Daxili xəstəliklər və reanimatologiya kafedrasının həkim heyəti hesabına keçirilir: 1 dosent (şöbə müdiri), 4 assistent və 2 baş laborant. Uşaq bölməsinin rəhbəri t.e.d. Ə.Həsənov, onun rəhbərliyi altında pediatriya kafedrasının 2 assistenti çalışır.
Reanimasiya və intensiv terapiya şobədə yatan xəstələrə günün hər saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması ücün şərait yaradılmışdır.
Həkimlərimiz
Şöbə Müdiri: Dos. Dr. Əliyar Sultanov
Uzm. Dr. Bayram Nuriyev
Uzman. Dr. Emil Qasımov
Ass. Dr. Təranə Sadıqova
Dr. İradə Məmmədyarova
Dos. Dr. Turkan Kərimova
Ass. Dr. Pərisa Xoşbonyani
Ass. Dr. Vüsalə Mirzəyeva
Ass. Dr. Aytən Ağayeva