Pulmonologiya & allerqologiya

Ana Səhifə / Tibbi Xidmətlər

ATU-nun Tədris Terapevtik Klinikasının 12-ci mərtəbəsində ”Pulmonologiya, allerqologiya” fəaliyyət göstərir. 01.04.11-ci il tarixindən V Terapiya adı altında fəaliyət göstərən şöbə 2014-cü ilin noyabr ayından Universitet rəhbərliyinin əmri ilə VI Terapiya şöbəsi ilə birləşdirilərək “Pulmonologiya, allerqologiya, nefrologiya” şöbəsi adlandırılmışdır. 2017-ci ildən nefrologiya bölümü klinika rəhbərliyinin göstərişi ilə sərbəst şöbə kimi fəaliyyətə başladığından şöbə “Pulmonologiya, allerqolodiya” adı ilə fəaliyyətini indiki günə kimi davam etdirir. ATU-nun 2 kafedrasını – “Terapevtik və pediatrik kafedraların propedevtikası” və “Kliniki farmakologiya”kafedralarını özündə cəmləşdirir. Terapevtik və pediatrik kafedraların propedevtikası kafedrasının 3 professor, 5 dosent, 11 assistent, 3 baş laborant, 17 rezident; Kliniki farmakologiya kafedrasının isə 1 dosent, 2 assistent, 2 baş laborantdan ibarətheyəti bu şöbədə fəaliyyət göstərir. Şöbədə bölmə rəhbəri funksiyasını respublikanın baş allerqoloqu prof. Məmmədov Cəbrayıl Teymur oğluhəyata keçirir.

Şöbənin fəaliyyətinə yarandığı gündən bu günə kimi“Kliniki farmakologiya”kafedrasının assistenti t.e.n. Ağayeva Kəmalə Əlirza qızı rəhbərlik edir.

Şöbədə ümumi terapevtik, pulmonoloji, allerqoloji xəstələr müalicə olunur. Bu xəstələrə tibbin müasir tələblərinə cavab verən laborator, diaqnostik müayinə üsulları aparılır. Eyni zamanda müasir standart müalicə protokollarına əsaslanan müalicə üsulları tətbiq edilir. Şöbədə pulmonoloji xəstələrə diaqnostik məqsədlə spirometriya müayinəsi aparılır, müalicəvi məqsədlə isə nebulayzerlə dərman inhalyasiyaları qəbul edilir. Şöbənin həkimləri tərəfindən reanimasiya, nevralogiya və digər şöbələrdəki xəstələrə konsultasiyalar; rezidentlərə rəhbərlik həyata keçirilir; müxtəlif mövzularda dəyirmi stol elmi-praktik konfranslar; bölmə rəhbərinin, dosentlərin, şöbə müdirinin baxışları həyata keçirilir.

Şöbənin həkim heyəti

Şöbənin rəhbəri: Prof. Dr.Cəbrayıl Məmmədov

Şöbə müdiri:  Ass. Dr.Kəmalə Ağayeva

Dos. Dr. Sevda Quliyeva                        Dos. Dr. Vüsal Yusifov

Ass. Dr. Arzu Bəydəmirova                   Ass. Dr. Əlizamin Sadıqov

Ass. Dr. Filurə Babayeva                       Ass. Dr. Könül Abbasəliyeva

Ass. Dr. Ramiz Quliyev Baş                  lab Sadıqova Günel

Baş lab Hüseynova Şərəf                     Dos. Dr. Aliyə Bağırzadə

Əgər sizdə ATU-nun Tədris Terapevtik Klinikasında rezidentura tələbəsi olmusuzsa Qeydiyyatdan Keçin

Add Your Heading Text Here