Nevrologiya
Ana Səhifə / Tibbi Xidmətlər
ATU-nun Tədris-Terapevtik Klinikasının 7-ci mərtəbisəndə yerləşir. Şöbədə 26 çarpayılıq 13 palata, fizioterapiya və reabilitasiya kabinetləri fəaliyyət göstərir. Söbənin müasir tibb avadanlıqları ilə təchizatı yüksək səviyyədə təşkil olunmuşdur.
Bölməyə respublikanın baş nevroloqu, Nevrologiya və tibbi genetika kafedrasının müdiri
Prof. Dr. Mahalov Şərif İslam oğlu rəhbərlik edir.
Nevroloji şöbədə nevrologiya və tibbi genetika kafedrasının 2 professoru, 6 dosenti və 14 assistenti (onlardan 11 tibb üzrə fəlsəfə doktorudur), 6 bacarıqlı klinisist-nevroloqu, 2 doktorantı və 8 rezidenti çalışır.
Şöbədə peşəkar tibb bacıları fəaliyyət göstərir. Söbənin sanitar-gigiyenik vəziyyəti yüksək səviyyədədir.
Nevrologiya şöbəsinin həkimləri serebrovaskulyar xəstəlikləri, epilepsiya, sinir-əzələ xəstəlikləri, sinir sisteminin iltihabi, infeksiyon, xroniki proqressivləşən xəstəlikləri xəstəlikləri, demiyelinizəedici, irsi xəstəliklər və sair xəstəliklərinin diaqnostika və müalicəsini müasir səviyyədə aparırlar.
Elektroensefaloqrafiya
Elektroensefaloqrafiya (EEQ) baş beynin funksional fəaliyyətini, yəni beynin bioelektrik proseslerini tədqiq etməyə imkan verən müayinə üsuludur. Beynin bu metodla müayinəsi təhlükəsizdir və sinir sisteminin xəstəlikləri zamanı olduqca vacib diaqnostik əhəmiyyətə malikdir.
Bu müayinə üsulu sinir sisteminin müxtəlif xəstəliklərində, eləcə də, digər orqan və toxumaların zədələnməsi nəticəsində sinir sistemində yaranan patoloji vəziyətlərdə diaqnozun dəqiqləşdirilməsi üçün vacibdir.
EEQ müxtəlif vəziyyətlərdə – ürəkgetmələr, qıcolmalar, insultlar, beyin şişləri huşun itirilməsi, bayılmalar, vegetative krizlər və s. hallarda önəmli diaqnostik metoddur. Xüsusilə ciddi sosial narahatçılıqlar yarada bilən epilepsiya xəstəliyinin diaqnostikasında elektroensefaloqrafiya müayinəsi qaçılmazdır.
Klinikamızda EEQ müayinəsini inkişaf etmiş ölkələrdə uzun müddət təcrübə keçmiş mütəxəssislər aparır.
Əgər siz öz nevroloji sağlamlığınızdan əmin olmaq istəyirsinizsə yalnız Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Nevrologiya şöbəsinə müraciət edin.Çünki burada respublikanın ən təcrübəli və peşəkar nevroloqları fəaliyyət göstərir.
Nevrologiya və tibbi genetika kafedrasının müdiri: Prof. Dr. Şərif Mahalov
Şöbə müdiri – Dos. Dr. Aygün Musayeva
Prof. Dr. Zakir Əliyev
Dos. Dr. Aytən Məmmədbəyli
Ass. Dr. Ülviyyə Bədəlova
Dos. Dr. Dilarə Mahmudova
Dos. Dr. Mahirə Məmmədova
Dos. Dr. Ramin Rzayev
Dos. Dr. Təmraz Nəbiyev
Ass. Dr. Dilarə Xəlilova
Ass. Dr. İsa Alşanov
Ass. Dr. Nailə Abbasova
Ass. Dr. Günay Musayeva
Ass. Dr. İfadə Rəhimova
Ass. Dr. İsa Alşanov
Ass. Dr. Nuran Əmənullayev
Ass. Dr. Samirə İsmayılova
Ass. Dr. Şəhla Mehdiyeva
Ass. Dr. Türkan Hüseynova
Fizioterapiya:
Dos. Dr. Paşa Mehdiyev
Ass. Dr. Vaqif Süleymanov