Nefrologiya
Ana Səhifə / Tibbi Xidmətlər
ATU-nun Tədris Terapevtik Klinikasının 4-cü mərtəbəsində “Nefrologiya” şöbəsi fəaliyyət göstərir. 01.04.11 tarixindən VI Terapiya adı altında fəaliyyət göstərən şöbə 2014- cü ilin noyabr ayından Universitet rəhbərliyinin əmri ilə V terapiya şöbəsi ilə birləşərək “ Pulmonologiya,Allerqologiya, Nefrologiya” şöbəsi adlandırılmışdır. 2017-ci ilin aprel ayından Nefrologiya bölümü sərbəst Nefrologiya şöbəsi kimi fəaliyyətə başlamışdır. Şöbə eyni zamanda ATU-nun “ Terapevtik və pediatrik propedevtika” kafedrasının bazasıdır. Nefrologiya şöbəsinin işində 1 professor, 2 dosent, 1 asistent, 7 rezident iştirak edir.
Şöbədə 7 palatada yerləşdirilmiş, 30 çarpayı fəaliyyət göstərir. Müalicə işləri və sanitar gigiyenik tədbirlər şöbənin tibb heyəti tərəfindən həyata keçirilir. Şöbədə nefroloji xəstəliklərin diaqnostikası və müalicəsi təşkil olunur. Bu xəstəliklər əsasən 3 qrupa bölünür:
I – İrsi xəstəliklər
Böyrəklərin polikistozu
Alport xəstəliyi
Tubulopatiyalar( Fankoni sindromu və s.)
Fabri xəstəliyi
II – Böyrəklərin birincili xəstəliyi
Qlomerulonefritlər
Pielonefritlər
İnterstisial nefritlər
III. Böyrək yumaqcıqlarının ikincili zədələnmələri
Diabet nefropatiyası
Böyrək arterial hipertenziyası
Podaqra
Piylənmə, metabolik sindrom
Böyrəklərin sistem xəstəlikləri zamanı zədələnməsi ( lupus nefrit, sistem skleroderma və s.)
Böyrəklərin revmatik xəstəliklər zamanı zədələnməsi
Böyrəklərin qanyaranma sisteminin xəstəlikləri zamanı zədələnməsi (hemablastozlar, mieloma xəstəliyi )
Böyrəklərin vaskulitlər zamanı zədələnməsi
Bu xəstələrə müasir tələblərə cavab verən laborator-diaqnostik müalicə üsulları tətbiq olunur. Diaqnozu dəqiqləşdirmək üçün punksion böyrək biopsiyası aparılır. Alınmış böyrək nümunələri elektron mikroskopunda təhlil edilir.
Böyrəklərin xronik xəstəliyi zamanı konservativ və aktiv üsullarla (Hemodializ, Plazmaferez, Hemosorbsiya, Hemofiltrasiya) müalicə aparılır. Nefrologiya şöbəsi Efferent terapiya Mərkəzi ilə birlikdə “ Böyrək Mərkəzi” nin tərkibində xəstələrə hərtərəfli ixtisaslaşmış nefroloji yardımın göstərilməsində iştirak edirlər.
Müxtəlif mövzularda dəyirmi stol, elmi-praktik konfranslar keçirilir. Bu konfranslarda bölmə rəhbəri, dosentlər, şöbə müdiri, həkim və həkim-rezidentər iştirak edir. Mütəmadi olaraq bölmə müdiri şöbədə olan bütün xəstələri müayinə edir. Şöbənin həkim heyəti daimi biliklərini və təcrübi vərdişlərini artırır, ölkədaxili və xaricdə keçirilən konfranslarda iştirak edir. Hər il mart ayında keçirilən Böyrək gününə həsr olunmuş konfranda bütün həkim heyyəti təmsil olunur, ən yeni tədqiqat nəticələrini məruzə edirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti nin “Nefrologiyanın inkişafına yardım” İctimai birliyi Nefroloji xəstələrin müalicəsi, gənc nefroloqların və rezidentlərin maarifləndirilməsi, Terapevtlərin və digər tibb sahələrində çalışan həkimlərin Nefroloji xəstələrə yanaşma xüsusiyyətlərinin öyrədilməsi, gündəlik praktikada nefroloqların rastlaşdığı çətinliklərin təhlili sahəsində də işlər görür. Şöbədə nefroloji biliklərin xəstələr və sağlam şəxslər arasında yayılması üçün “ Böyrək məktəbi” fəaliyyət göstərir.
Bölmə rəhbəri : Əməkdar Həkim Prof. Mehman Ağayev
Şöbə müdiri : dos. t.e.n. İradə Məmmədova
Dos. t.e.n. Afət Nəsibli
Ass. Şəlalə İsmayılova
![](https://atuclinic.az/wp-content/uploads/2023/07/n.jpg)