Endoskopiya
Ana Səhifə / Tibbi Xidmətlər
İnvaziv müayinə və müalicəvi prosedurlar:
Forceps biopsiyalar
Polipektomiyalar
Yad cismlərin çıxarılması
Mədə balonu yerləşdirilməsi (şişmanlıq terapiyası)
QİS qanaxmalarında band liqasiya və inyeksion terapiya
PEQ (perkutan qastrostomiya) taxılması
ERXPQ
ERXPQ + EST (sfinkterotomiya)
Biliar stentin yerləşdirilməsi və çıxarılması
Üst və alt QİS törəmə darlıqlarında stent yerləşdirilməsi,
QİS Darlıqlarının buji və balonla genişləndirilməsi.
Atu-da aparılan qeyri-invaziv müayinələr:
Qastroskopiya
Kolonoskopiya
Bronxoskopiya
Duodenal və bronxial lavajın götürülməsi
Punksion, aspirasion və fırça biopsiyalar
Ümumi Məlumat
Bizim klinikanın endoskopiya şöbəsi Yaponiyanın Pentax firmasının son istehsal olunmuş (i1000 və EPK-1000 M) yeni cihazları ilə təchiz olunmuşdur. Şöbədə qastroskopiya, kolonoskopiya, bronxoskopiya və ERXP otaqları fəaliyyət göstərir. Burada diaqnostik endoskopiya və invaziv endoskopik proseduralar yüksək peşəkarlıqla icra edilir.
Şöbədə üst və alt qastrointestinal sistemin diaqnostikasi və biopsiyası, qida borusunun varikoz venalarının elastik həlqələrlə bağlanması və skleroterapiyası, selikli qişalardan qanaxma zamanı koaqulyasiya, polipektomiyalar, qastrointestinal daralmalarda bujla dilatasiya və qida borusu, pilor və yoğun bağirsağa endoprotezlərin ( stent) yerləşdirilməsi, yad cisim və bezoarların xaric edilməsi, perkutan endoskopik qastrostomanın taxılması kimi invaziv proseduralar yerinə yetirilir.
ERXP bölümündə aşağıdakı müdaxilələr həyata keçirilir: endoskopik sfinkterotomiya, diaqnostik xolangio və pankreatoqrafiya, xoledoxdan daşların xaric edilməsi, böyük və sərt daşların mexaniki litotripsiyası, mexaniki sarılıqda öd yollarının drenaj edilməsi (nazobiliar drenaj), öd yollarının daralmasında balon dilatasiya və stent yerləşdirilməsi.