Endokrinologiya

Ana Səhifə / Tibbi Xidmətlər

Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər və endokrinologiya kafedrası Tədris Terapevtik Klinikanın Endokrinologiya şöbəsində, IX mərtəbədə yerləşir. Kafedranın əsası 1920-ci ildə qoyulmuşdur.

Şöbədə 15 palata və 30 çarpayı funksional fəaliyyətdədir  və bu günədək 2000-dən artıq stasionar və 5000-dən artıq ambulator xəstə müayinə  və müalicə olunmuşdur. Ölüm hadisəsi baş verməyib.

Şöbədə, xəstələr göstərilən diaqnozlara uyğun müayinə və müalicə almışdır (ŞD tip 2, ŞD tip 1, hipotireoz, şəkərsiz diabet, Addison krizi, piylənmə, hipopituitarizm, qeyritoksik təkdüyünlü ur, qeyritoksik diffuz ur, qeyritoksik çoxdüyünlü ur, tireotoksikoz, yarımkəskin tireoidit, autoimmun tireoidit, plevral maye, dəmirdefisitli anemiya, qalxanvari vəzin atrofiyası, ağciyərin pnevmoniyası absses ilə, revmatik polimialgiya, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, ağciyərlərin interstisial xəstəliyi (fibroz ilə), qonartroz,  ÜİX, hipertoniya xəstəliyi, xroniki xolesistitin kəskinləşməsi, xroniki qastritin kəskinləşməsi, revmatik qızdırma, müştərək mitral və trikuspidal qüsur, qaraciyərin sirrozu, bronxial astma, hipotoniya xəstəliyi və s.).

Şöbənin müalicə işləri və sanitar-gigiyenik vəziyyətə nəzarət, şöbənin tibbi heyəti hesabına həyata keçirilir.  Endokrinologiya şöbəsinin tibbi heyəti, həkim heyətindən (1 professor, 12 dosent , 12 assistent, 8 baş laborant və həkim rezidnetlər), orta və kiçik tibbi heyətdən (böyük tibb bacısı, təsərrüfat bacısı, 6 tibb bacısı və 6 xadimədən) ibarətdir.

Şöbə daxilində xəstələrin müayinə və müalicə məsələlərinin daha dolğun və düzgün həyata keçirilməsi üçün kafedra müdirinin, həkim dosentlərin, şöbə müdirinin razılığı ilə öncədən müəyyənləşdirilmiş günlərdə bütün xəstələrə konsultasiya və konsiliumlar  təşkil olunur. 

Endokrinologiya Şöbəsinin Həkim Heyəti:

Kafedra müdiri:

Prof. Rafiq Məmmədhəsənov

Dosentlər:

Gülər Fətəliyeva, İzzət Nəbiyev, Tamfira Əliyeva, Əli İbrahimov, Əjdər Quliyev, Mail Məhərrəmov, Tərlan Əfəndiyev, İradə Əliyeva, Şahəddin Baxşiyev, Aynur Mustafayeva, Sain Səfərova, Səbinə Məşədiyeva

Şöbə müdiri:

Ass. Dr. Könül İsmayılova

Assistentlər:

Rəna Tariverdiyeva, Aygün Bayramova, Gülarə Axundbəyli, Zemfira Cəfərova, Kamilla, Xappalayeva, Vəfa Əliyeva, Tahir, Şərifov, Səmayə Əliyeva, Xeyransa Hüseynzade

Əgər sizdə ATU-nun Tədris Terapevtik Klinikasında rezidentura tələbəsi olmusuzsa Qeydiyyatdan Keçin

Add Your Heading Text Here