Efferent Terapiya Mərkəzi
Ana Səhifə / Tibbi Xidmətlər
Fiziolji olaraq toksiki substansiyaların bədəndən təmizlənməsi, əsasən, üç yol ilə – qaraciyər, ifrazat və immun sistemləri vasitəsi ilə həyata keçirilir. Daxili detoksikasiya sistemlərinin köməkliyi ilə orqanizm özünü qoruyur. Hər hansı xroniki və ya kəskin patoloji proseslərin təsirinə məruz qalmış detoksikasiya orqanı öz funksiyalarını tam və ya qismən itirir. Bunun nəticəsində xəstəliklər meydana çıxır və belə hallarda medikamentoz müalicə effektsiz olarsa o zaman efferent müalicə metodlarına ehtiyac yaranır.
Bu üsullar sırasıda:
Hemodializ – qanın təmizlənməsi (dialysis – diffuziya ilə hissəciklərin yarımkecirici membrandan keçmə qabiliyyətinin müxtəlifliyinə əsasən məhluldan çıxarılması)
Plazmaferez – plazmanın çıxarılması (pheresis – tamın bir hissəsinin çıxarılması)
Hemosorbsiya – qandakı toksiki maddələrin adsorbsiyası (adsorb – sormaq) və s. istifadə olunur. Bu üsulların sayı indi 40 keçmişdir.
Hemofiltrasiya – bədəndə olan artıq mayenin və bir qrup toksik maddələrin çıxarılması.
Şöbədə planlı və təxirəsalınmaz nefroloji tibbi yardıma ehtiyacı olan böyrəyin xronik xəstəlikləri, kəskin böyrək zədələnmələri və xronik böyrək çatışmazlığı olan xəstələrə hemodializ, hemofiltrasiya, ultrafiltrasiya aparılır. Mərkəzdə birincili böyrək patologiyası (qlomerulonefritlər, pielonefrit, böyrəklərin polikistozu və s.) ilə yanaşı ikincili nefropatiyalar (böyrəklərin şəkərli diabet, arterial hipertenziya, hamiləlik nefropatiyaları, sistem xəstəlikləri, amiloidoz, urat nefropatiyaları və s.) zamanı xəstələrə dəqiq diaqnoz qoyulur və tibbin müasir nailiyyətləri səviyyəsində müalicə aparılır.
Mərkəzdə həmçinin efferent terapiya müalicəsinə ehtiyacı olan digər sistemlərin patologiyası olan xəstələrə (allergik xəstəliklər, ateroskleroz, qeyri spesifik xoralı kolit, Kron xəstəliyi, autoimmun aktiv hepatitlər, klimakterik sindrom, ekstrakorporeal mayalanmaya hazırlıq, antifosfolipid sindrom, şəkərli diabet, qırmızı qurd eşənəyi, atopik dermatit, dağınıq skleroz, hemorragik vaskulitlər, sepsis, trombo-hemorragik sindrom və s.) plazmaferez, krioferez, hemosorbsiya, qanın lazer, ultrabənövşəyi şualarla şualandırılması, ozonlaşdırılması və s. tətbiq edilir.
Proqram hemodializdə olan xəstələrə mərkəzi venoz (müvəqqəti 4-6 həftə: daimi 6 ay – 2 il ) kateterlər yerləşdirilir.
Efferent terapiya mərkəzi aşağıdakı cihazlarla təchiz olunmuşdur:
Şöbənin Həkimləri:
Şöbə Müdiri: Prof. Dr. Mehman Ağayev
Dr. Elgün Həziyev
Dr. Orxan Quliyev