Kuba və Monaşa Universitetləri tədqiqatçıları aşkar etmişlər ki, zədələnmiş sinir hüceyrələri “məni xilas edin” siqnalları göndərməklə, özünü bərpa etmək xüsusiyyətinə malikdirlər.
Tədqiqatçılar xırda qurdlardan istifadə etməklə, gələcəkdə insanlarda sinir xəstəliklərinin müalicə edilməsi prosesinə genetik nəzarət edə biləcəklərini nümayiş etdirmişlər.
Tədqiqat qrupunun 2015 ildə apardıqları müayinələrin nəticəsinə əsasən, sübüt olunmuşdur ki, “aksonal əlaqə” nin yaradılması sadə bərpa prosesinin effektivliyini artırır. Tədqiqatçılar “aksonal əlaqə” qurdlardan istifadə edilməklə, yaradılan körpü vasitəsi ilə sinir (neyron) hüceyrələri arasında əlaqə yaratmağın mümkün olduğunu müşahidə etmişlər.
Ən son araşdırmalar “aksonal əlaqə”nin zədələnmiş sinirlərin funksiyasını tamamilə bərpa etdiyini təsdiq edir.
Alimlər 1 mm uzunluğa malik olan C-nöqtələrindəki bir neyronun aksonunu ayırmaq üçün Lazer şuasından istifadə edərək, bu neyronla əlaqəli funksiyanın 48 saat ərzində bərpa olunduğunu müşahidə etmişlər.
Parçalanmış neyronun 2 ucunun bir-birini tanıması və onların yenidən birləşməsi zədələnmiş hüceyrə səthində əks olunmuş “xilas” siqnalları vasitəsi ilə mümkün olur.
Tədqiqatçılar prosesin baş verməsi üçün müəyyən səviyyədə “xilas” siqnallarının vacib olduğunu və bunun genetik cəhətdən manipulyasiya edilə biləcəyini nümayiş etdirmişlər.
https://dailyaccord.com/scientists-discover-how-worms-repair-their-damaged-neurons/