Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqres

Ana Səhifə / Media / Xəbərlər

Mayın 4-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqres öz işini plenar sessiyalarla davam etdirir. Təbabətin aktual problemlərinə toxunulub, bu günkü müasir yanaşma, müasir tədqiqatlar, müasir təsnifatlar və praktik əhəmiyyətli tövsiyyələr verildi.

Konqres iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru Eyvazov Fərid Elşad oğlu Ulu Öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafı naminə keyfiyyətli tibb təhsili üçün şərait yaradılmasına xüsusi diqqət yetirdiyini qeyd edib.

Konqresdə Moskva Dövlət Tibb və Stomatologiya Universitetinin Tibb fakültəsi 1 nömrəli xəstəxana terapiyası kafedrasının professoru, akademik Martınov Anatoli İvanoviç elmi-praktiki konfransın qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Akademik  Martınov Anatoli İvanoviç dünya şöhrətli siyasi xadim, Ümummilli lider Heydər Əliyevi və Zərifə Əliyeva haqqında maraqlı xatirələrini danışıb.

Akademik Mazurov Vadim İvanoviç “Xəstələrin vəziyyətində çatışmazlıqların əhəmiyyəti”, “Ağrı sindromu terapevt praktikasında” mövzularında, Rusiya Elmlər Akademiyasının akademiki A.İ. Evdokimova “Hiperurikemiya ümumi terapevtik problemdir” mövzusunda, Rusiya Federasiyasının əməkdar həkimi, Maev İqor Veniaminoviç “MAFLD xəstələri üçün terapiya seçiminə balanslaşdırılmış yanaşma” mövzusunda çıxışlar ediblər.

Tədbirdə həmçinin Rusiya Səhiyyə Nazirliyinin FGBOU DPO “RMANPO” revmatologiya şöbəsinin müdiri Aleksandr Mixayloviç Lila “Revmatik xəstəliklərin müalicəsi: müasir strategiyalar” mövzusunda çıxış edib.

Əgər sizdə ATU-nun Tədris Terapevtik Klinikasında rezidentura tələbəsi olmusuzsa Qeydiyyatdan Keçin

Add Your Heading Text Here